FIDE Qran-Prisinin üçüncü mərhələsi: Şəhriyar Məmmədyarov mübarizəni dayandırıb
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-Prisinın III mərhələsinin yarımfinalında ikinci tay-breyk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, 37 yaşlı qrosmeyster ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə məğlub olub və mübarizəni dayandırıb.
Digər tay-breyk görüşündə isə Uesli So (ABŞ) Məhəmməd Amin Tabatabaiyə (İran) qalib gəlib.
Qran-Pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-Prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 min avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]