FIDE və “World Chess” əməkdaşlığın yeni formatı barədə razılığa gəliblər
Bakı, 25 yanvar, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) “World Chess” şirkəti ilə əməkdaşlığın yeni formatı barədə razılığa gəlib.
Razılaşmaya görə, FIDE 2019-cu və 2021-ci illərin Qran-Pri seriyasından turnirləri istisna olmaqla, dünya çempionu adı uğrunda silsilə turnirlər, o cümlədən iddiaçıların turniri və dünya şahmat tacı uğrunda matç üçün hüquqların sahibi olur. Bu turnirlərin eksklüziv təşkilatçısı isə razılaşdırılmış büdcə ilə “World Chess” olacaq.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “World Chess” FIDE-nin rəhbərliyi ilə dünya şahmat tacı uğrunda matçın silsilə turnirlərinin keçirilməsi (iddiaçıların turniri, dünya şahmat tacı uğrunda matç, şahmat olimpiadaları və Dünya Kuboku yarışları istisna olmaqla) üçün sponsorların cəlb edilməsi üzrə fəaliyyətini davam etdirəcək.
Tərəflər əməkdaşlığın məxfi saxlanılan maliyyə şərtləri barədə də razılığa gəliblər. Yeni saziş səs çoxluğu ilə FIDE-nin Prezident Şurası tərəfindən bəyənilib.
2012-ci ildə FIDE və “World Chess” arasında imzalanmış sazişə görə, şahmat federasiyası dünya çempionu adı uğrunda matç çərçivəsində turnirlərin keçirilməsi üçün eksklüziv hüquqlarını şirkətə verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]