FIFA Bakıda beynəlxalq turnir təşkil edəcək
Bakı, 12 yanvar, AZƏRTAC
FIFA “FIFA series” adlanan yeni layihəyə start verir.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yeni layihəyə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandalarının iştirakı ilə miniturnir təşkil olunacaq.
Müxtəlif qitələrdə keçiriləcək və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda təşkili nəzərdə tutulub. Avropadan Azərbaycanla yanaşı, Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq turnir barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək.
AFFA ali futbol qurumunun yeni layihəsini dəstəkləyib və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]