FIFA dünya çempionatının oyunları üçün 804 mindən çox bilet satıb
Bakı, 30 mart, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyası (FIFA) dünya çempionatına bilet satışının birinci mərhələsində 804 min 186 bilet satıb.
AZƏRTAC xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Turnirə bilet almağa ən çox marağı Qətər, ABŞ, İngiltərə, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Hindistan, Braziliya, Argentina və Səudiyyə Ərəbistanının sakinləri göstəriblər. Əcnəbi azarkeşlər üçün qrup mərhələsinin oyunlarına biletlərin qiyməti 250-800 Qətər rialı (69-220 ABŞ dolları), yerli azarkeşlər üçün 40 rial (11 dollar) təşkil edir. Final matçının biletləri yerli futbol azarkeşlərinə 750 riala (206 dollar), əcnəbi azarkeşlərə isə 2200-5850 riala (604-1600 dollar) başa gələcək. Dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [23:30]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]