FİFA-NIN KONQRESİ LEGİONERLƏRƏ LİMİTİN TƏTBİQİNİ BƏYƏNMİŞDİR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, FİFA-nın konqresi klublarda legionerlər üçün “6+5” sxemi üzrə mütləq limitin tətbiqi haqqında qurumun prezidenti Zep Blatterin təklifini bəyənmişdir. Sidneydə keçirilən tədbirdə 155 milli federasiya limitin tətbiqinə səs vermiş, 5 işçirakçı əleyhinə çıxmış, 40-ı bitərəf qalmışdır.
Blatter bildirmişdir ki, yeni qayda klubların və yığmaların milli özüməməxsusluğunun saxlanılmasının təminatçısı olmalı, milli çempionatlarda rəqabəti gücləndirməlidir. 2012-ci ildən tətbiq ediləcəyi nəzərdə tutulan yeni qaydaya əsasən meydana ölkənin milli yığmasında oynamaq hüququ olan azı altı oyunçu və maksimum beş legioner çıxa biləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]