Azərbaycan Dövlət İnformasiya Agentliyi

FIFA referisi: Azərbaycanı Avropa çempionatında təmsil etmək mənim üçün şərəfdir

FIFA referisi: Azərbaycanı Avropa çempionatında təmsil etmək mənim üçün şərəfdir

Bakı,14 noyabr, AZƏRTAC

Hakim kimi bu dəfə qitənin ən ali yarışında Azərbaycanı layiqincə təmsil etməyi özümə şərəf bilirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan hakimliyi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alan futzal üzrə FIFA referisi Hikmət Qafarlı federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O, bu təyinatı Azərbaycan hakimliyi adına böyük uğur hesab etdiyini deyib: “Avropa çempionatı kimi bir yarışın final mərhələsinə təyinat almaq hər bir hakimin arzusu, istəyidir. Mənim üçün bu arzunun reallaşması ikiqat sevindiricidir. Çünki milli komandamız hər dəfə final mərhələsinə vəsiqə qazanaraq ölkəmizi təmsil etsə də, hakimlərimizlə bağlı belə bir təyinat olmurdu. Bu dəfə hakim olaraq ölkəmizi final mərhələsində təmsil etməyimiz Azərbaycan hakimliyi adına böyük uğurdur. Bizim hər zaman hakimlik ənənəmiz, məktəbimiz olub. İki il əvvəl 19 yaşadək futzalçılar arasında təşkil olunan Avropa çempionatının final mərhələsinə də təyinat almışdım. Təbii ki, böyüklərin yarışı gənclərlə müqayisə olunmaz. Burada sürət, dinamika, peşəkarlıq daha yüksək səviyyədədir”.

Referi bu təyinatın gözlənilən olduğunu qeyd edib. “Bu ilin oktyabrında Sloveniyanın paytaxtı Lyublyanada final mərhələsinin oyunlarını idarə etmək üçün UEFA tərəfindən hakim seçimi edildi. Həmin tədbirə mən də dəvət almışdım. Bu dəvət bir qədər gözlənilməz oldu. Çünki bu ilin yanvarında UEFA-nın I kateqoriyasına yüksəlmişdim. Ora isə adətən elit kateqoriyanın hakimlərini dəvət edirdilər. Bizdən fiziki, nəzəri və praktik imtahanlar götürüldü. 42 hakim dəvət edilmişdi, yekunda 32 referi seçildi. 32 nəfərin arasında yer almaq böyük uğurdur”.

Təcrübəli hakim uğura gedən yoldan da danışıb: “İstənilən sahədə uğur qazanmaq üçün əziyyət çəkməli, işinə peşəkar yanaşmalı və onu sevərək etmək vacibdir. O zaman uğur da gələcək. Biz də çalışırıq ki, fiziki göstəricilərimiz, nəzəri biliklərimiz yüksək olsun”.

H.Qafarlı final mərhələsinə qədər əsas mərhələdə də iş başında olduğunu bildirib: “Avro-2026-nın seçmə mərhələsinin oyunları 2024-cü ilin sentyabrından 2025-ci ilin aprelinədək keçirildi. Həmin müddətdə digər həmkarlarımla bərabər 3 oyuna təyinat aldıq. Futzalda oyunların sayının az olduğunu nəzərə alsaq, bu göstərici zəif deyil”.

O, bu təyinatın digər həmyerlilərimizin də karyerasına müsbət təsir edəcəyini vurğulayıb: “Azərbaycanlı hakimin qitənin ən reytinqli yarışının final mərhələsinə təyinat alması bizə olan inamın, etibarın göstəricisidir. Bu həm yerli hakimlərimiz üçün stimul olacaq, həm də gələcəkdə yeni bir cığır açacaq. Ümid edirəm ki, bu, ənənə halını alacaq və belə mötəbər yarışlara təyinatlar davamlı olacaq. Hazırda digər FIFA referilərimiz də UEFA bayrağı altında keçirilən oyunlara təyinatlar alırlar. Eyni zamanda, məni təbrik edən, təyinatıma və uğurlarıma sevinən hər kəsə minnətdarlığımı bildirirəm. Milli komanda səviyyəsində hər zaman uğur qazanmışıq. Təsadüfi deyil ki, son 6 Avropa çempionatının final mərhələsində yığmamız iştirakçılar sırasında olub. Bu dəfə qitə yarışında hakimlik səviyyəsində təmsil olunacağıq. Həmkarlarıma və komandalarımıza gələcək yarışlarda uğurlar arzulayıram”.

Qeyd edək ki, Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avro-2026-nın final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq. O, turnir zamanı Latviya və Litvada keçiriləcək matçları idarə edəcək. Qitə birinciliyinin oyunları 2026-cı ildə yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü