FIG Akademiyasının batut gimnastikası üzrə məşqçilik kurslarının nəticələri açıqlanıb
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakıda batut gimnastikası üzrə yerli məşqçilər üçün birinci dərəcəyə aid kurslar təşkil edib. Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kursların nəticələri açıqlanıb.
AZƏRTAC AGF-ə istinadla xəbər verir ki, kurslarda iştirak etmiş 13 məşqçimizin hər biri imtahanları uğurla verərək, beynəlxalq sertifikatlar alıb və məşqçilik üzrə birinci dərəcəyə sahib olublar.
Qeyd edək ki, həm nəzəriyyə, həm də təcrübi hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri Santos Mendes Eduardo Corge (Portuqaliya) və Korradi Maria Karolina (Argentina) tərəfindən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]