Filippin Prezidenti narkotik vasitə alverçilərini ölümlə hədələyib
Bakı, 5 iyun, AZƏRTAC
Filippin Prezidenti Rodriqo Duterte ölkədə fəaliyyət göstərən narkotik vasitə alverçilərini ölümlə hədələyib.
AZƏRTAC bu barədə Reuters agentliyinə istinadla xəbər verir.
“Əgər siz narkotik vasitələrin satışı ilə ölkəmi məhv etməyə çalışsanız, mən sizi öldürəcəyəm”, - deyə Filippin Prezidenti bildirib. Rodriqo Dutertenin sözlərinə görə, Filippin Cənub-Şərqi Asiyada meksikalı narkotik vasitə alverçiləri üçün keçid mərkəzinə çevrilib.
Qeyd edək ki, Filippin Prezidentinin hədələri bu həftə polis tərəfindən bazar dəyəri 5,1 milyard peso (təxminən 102 milyon dollar) təşkil edən 756 kiloqram metamfetamin yükünün müsadirəsindən sonra səslənib. Bu, Rodriqo Dutertenin hakimiyyəti dövründə müsadirə edilən ən böyük narkotik vasitə yüküdür.
Duterte prezident seçildiyi 2016-cı ildən narkotiklərə qarşı sərt kampaniya başladıb. Beynəlxalq hüquq mühafizə təşkilatlarının məlumatına görə, Filippin polisinin ölkədə keçirdiyi əməliyyatların gedişində narkotik vasitələrin istehsalı və satışında əli olan 5,6 min nəfər öldürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]