DÜNYA
Filippində qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Filippində “Trami” tropik qasırğası nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, dörd nəfər isə itkin düşüb.
AZƏRTAC GMA agentliyinə istinadla xəbər verir ki, qasırğanın gətirdiyi leysan yağışları Luson adasında güclü daşqınlara səbəb olub. Ölənlərin hamısı adanın cənubundakı Bikol bölgəsinin sakinləridir.
Filippinin milli meteorologiya bürosu “Trami” qasırğasının mərkəzində küləyin sürətinin saatda 85 kilometrə çatdığını bildirib.
Hakimiyyət orqanları təhlükəli ərazilərdə yaşayan on minlərlə insanı təxliyə edib.