Finlandiya öz ərazisində ABŞ-ın nüvə silahlarını yerləşdirməyəcək
Bakı, 19 fevral, AZƏRTAC
Finlandiya hakimiyyəti öz ərazilərində ABŞ-ın nüvə arsenalını yerləşdirilməsinə ehtiyac görmür.
AZƏRTAC xəbər verir ki, Finlandiyanın Baş naziri Petteri Orpo bu barədə Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində deyib.
“ABŞ-ın nüvə silahlarının Finlandiyada yerləşdirilməsinə ehtiyac yoxdur”, - deyə Baş nazir bildirib. Onun sözlərinə görə, NATO-nun bir sıra dövlətlərin ərazisində yerləşdirdiyi nüvə silahları alyans ölkələrinin təhlükəsizliyinin təmin olunması üçün yetərlidir. Lakin Finlandiya adi silahlardan istifadə etməklə, alyans üçün potensial təhlükələrin qarşısını almağa hazırdır.
Qeyd edək ki, ABŞ “Nuclear Sharing” proqramı çərçivəsində öz nüvə arsenalını NATO ölkələrində yerləşdirir. Polşa hakimiyyəti bu yaxınlarda həmin proqrama qoşulmaq niyyətində olduğunu elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]