“FINNAIR” aviaşirkəti sərnişin axınının azalması ilə əlaqədar 2400 reysin ləğvi barədə elan edib
Stokholm, 12 mart, AZƏRTAC
“FINNAIR” aviaşirkəti koronavirusun baş qaldırması ilə əlaqədar sərnişinlərin sayının kəskin azalmasına uyğunlaşmaq məqsədilə səylərini fəallaşdırdığını elan edib.
“FINNAIR” şirkətindən AZƏRTAC-a bildiriblər ki, yaranmış vəziyyətlə əlaqədar, aviaşirkətdə ölkədaxili və qitədaxili marşrutlarında sərnişinburaxma qabiliyyətini azı 20 faiz azaltmaq qərarına gəliblər. Korrektələr sərnişinlərin yaxın vaxtlar üçün sorğularının cari proqnozlarına əsaslandırılıb. Bu səbəbdən də dəyişikliklər ümumilikdə 2400-ə yaxın reysin ləğvini nəzərdə tutur.
Qeyd edək ki, bütün bunlarla yanaşı, aviaşirkət tərəfindən görülən tədbirlər eyni vaxtda bir sıra Avropa istiqamətlərinə, o cümlədən İtaliya, Almaniya, İsveç və Xorvatiya şəhərlərinə reyslərin ləğvini nəzərdə tutur.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]