Formula 1: "Haas" komandasının pilotu Mik Şumaxer test yürüşünü erkən dayandırıb
Bakı, 10 iyun, AZƏRTAC
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza baş verib.
AZƏRTAC xəbər verir ki, "Haas" komandasının pilotu Mik Şumaxer uğursuzluqla üzləşib. Pilotun bolidində maye sızması aşkarlanıb. Şumaxer bu səbəbdən test yürüşünü erkən dayandırmağa məcbur olub.
İyunun 11-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Ertəsi gün isə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.