Formula 1 pilotları Hemiltonu 2018-ci ilin ən yaxşı yürüşçüsü seçiblər
Bakı, 22 dekabr, AZƏRTAC
Formula 1 pilotları arasında ötən mövsümün ən yaxşı yürüşçüsünü müəyyən etmək üçün səsvermə keçirilib. Sorğuya cəlb olunanlar özünə də səs vermək imkanı əldə ediblər, yekun siyahı isə gizli saxlanılıb. Hər bir pilot 10 yürüşçü arasında reytinq seçimi etməli olub. Xallar Qran-Pridə balların hesablanması sisteminə uyğun şəkildə toplanıb.
AZƏRTAC Formula 1-in rəsmi saytına istinadla xəbər verir ki, səsvermənin nəticələrinə görə, Formula 1 pilotları Hemiltonu 2018-ci il mövsümünün ən yaxşı yürüşçüsü seçiblər.
Xatırladaq ki, britaniyalı bu mövsümdə beşqat dünya çempionu olub. İkinci yeri “Red Bull” pilotu Maks Ferstappen, üçüncü pilləni isə ispaniyalı Fernando Alonso tutublar.
Sonrakı yerlərdə Sebastyan Fettel, Daniel Rikkardo, Şarl Lekler, Pyer Qasli, Niko Hülkenberq, Kimi Raykkonen və Serxio Peres qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]