İDMAN
Formula 1 rəhbərliyi mövsüm ərzində Çində iki Qran-Pri keçirmək niyyətindədir
Bakı, 25 yanvar, AZƏRTAC
Formula 1-in beynəlxalq sponsorluğunun rəhbəri Mürrey Barnett bildirib ki, seriyanın təşkilatçıları Çində ikinci Qran-Pri təşkil etmək, onu keçirilən Şanxay mərhələsinə əlavə etmək niyyətindədirlər.
AZƏRTAC xəbər verir ki, Pekində xüsusi ofisin açılışı da Formula 1 rəhbərliyinin planlarına daxildir.
“Biz qısamüddətli perspektivdə yox, təqvimin həddən artıq yüklənməsini nəzərə alaraq, burada ikinci yürüş keçirmək istəyirik. Belə ki, şübhəsiz, biz Çində daha bir Qran-Pri keçirməyin yolunu tapmaq istərdik. Biz yerli əhali arasında böyük maraq doğura biləcək bir çox amillərə diqqət yetiririk”, - deyə Mürrey bildirib.
Barnett qeyd edib ki, Formula 1 yeni mövsümdə “Renault” komandasının inkişaf üzrə pilotu olacaq Çin yürüşçüsü Çjou Quanyuyun irəliləməsini diqqətlə müşahidə edir.
“Biz onu Formula 1-də görmək istərdik. Son sözü komandalar deyəcək, mənim fikrimcə, onlar Çinin fantastik perspektivləri olmasını etiraf edirlər”, - deyə “Sports Mole” Mürreydən sitat gətirir.