Formula 2: növbəti qəza baş verib
Bakı, 10 iyun, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 yarışında növbəti qəza baş verib.
AZƏRTAC xəbər verir ki, “Campos Racing” komandasının üzvü Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb. İyirmi beş yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib. Nəticədə qırmızı bayraq qaldırılıb.
Problem aradan qaldırıldıqdan sonra yürüş davam etdirilir.
Qeyd edək ki, ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.
Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 18-20-də Əbu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]
Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi məlum olacaq
- 20.09.2025 [13:53]
Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi olub
- 19.09.2025 [21:49]
Formula 1 Azərbaycan Qran-Prisinin zərif “iştirakçısı”
- 19.09.2025 [18:09]
Formula 1 Azərbaycan Qran-Prisinin kuboku “Odlar Yurdu”na həsr olunub
- 19.09.2025 [17:06]