Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında sərbəst güləş üzrə çempionat keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə noyabrın 15-16-da nazirliyin əməkdaşları arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə çempionat keçirilib.
AZƏRTAC xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin idman zalında keçirilən yarışlarda nazirliyin 11 qurumundan 80 idmançı mübarizə aparıb.
Yarış olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq səkkiz çəki dərəcəsi üzrə keçirilib.
Yarışı beynəlxalq dərəcəli hakim Abdul Nuruyev və digər hakimlər idarə edib. Gərgin idman şəraitində keçən çempionatda 57 kiloqram çəki dərəcəsində birinci yerə Kənan İbrahimov (DYMX), ikinci yerə Əsgər Əliyev (DYMX), üçüncü yerə Elmir Əhədov (FHN-in Akademiyası) və Hikmət Əhmədov (Mülkü Müdafiə Qoşunları) layiq görülüblər.
Altmış bir kiloqram çəkidə birinci yeri Yusif Soltanlı (DYMX), ikinci yeri Tural Nəbiyev (DYMX), üçüncü yeri isə Suat Kazımlı (FHN-in Akademiyası) və Rəvan Namazov (FHN-in Akademiyası) tutublar.