FRANSA ARXEOLOQLARI MİSİRDƏ 19 MUMİYA TAPMIŞLAR
AZƏRTAC-ın “İnterfaks” agentliyindən aldığı xəbərə görə, Fransanın Luvr muzeyinin arxeoloji ekspedisiyası Misirdə 19 sarkofaq və mumiya aşkar etmişdir. Misirin Qədim Abidələr Məsələləri üzrə Ali Şurasının məlumatında deyilir ki, mumiyaların əksəriyyəti yaxşı vəziyyətdədir. Bu tapıntılar eramızdan əvvəl, təxminən birinci minilliyə aid edilir.
Bundan başqa, Fransa arxeoloqları Qahirədən 20 kilometr cənub tərəfdə aparılan iki qazıntıda heykəlciklər, qızıl əşya qırıntıları və parça kəsikləri də tapmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]