Fransa Azərbaycana qarşı yürütdüyü çirkin siyasətə son qoymalıdır –deputat
Vyana, 22 fevral, AZƏRTAC
ATƏT Parlament Assambleyasının 23-cü qış sessiyasının iclasında ATƏT məkanındakı siyasi və təhlükəsizlik məsələlərinə dair müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Tural Gəncəliyev iclasdakı çıxışında Fransanın ölkəmizə qarşı yürütdüyü siyasəti kəskin pisləyib. Qeyd edib ki, Fransa son zamanlar islamofob, türkofob və antisemit siyasət aparır, bununla yanaşı, Ermənistanı silahlandırır və regionda sülhün bərqərar olmasına qarşı destruktiv fəaliyyət nümayiş etdirir.
İclasda Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərinin adını təhrif olunmuş formada səsləndirən fransalı deputatlara cavab olaraq, T.Gəncəliyev böyük fəxr hissi ilə həmin şəhəri təmsil etdiyini diqqətə çatdırıb.
Azərbaycan nümayəndəsi bildirib ki, fransız deputatlar Qarabağdan olan ermənilər və qondarma “Arsax” üçün çox narahatlıq keçirirlərsə, Fransa dövlətinin ərazisində, məsələn, Marseldə “Marsax” adlı qurum yarada bilərlər.
T.Gəncəliyev çıxışının sonunda Fransanın Azərbaycana qarşı yürütdüyü çirkin və məkrli siyasətə son qoymasını tələb edib.
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [17:19]
Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]