Fransa Ermənistanı silahlandırmaqda davam edir
Tbilisi, 5 dekabr, AZƏRTAC
Fransa Senatı Ermənistana CAESAR tipli artilleriya qurğuları, MİSTRAL raket kompleksi göndərmək barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Armenpress” portalı Fransa Senatının hesabatına istinadla məlumat yayıb.
Fransa Ermənistana 2023-cü ildə hərbi yardım göndərməyə söz verib. Senatın hesabatında deyilir ki, bu silahların, eləcə də yeni hava hücumundan müdafiə sistemlərinin Ermənistana verilməsindən əsas məqsəd rəsmi İrəvana, guya mülki vətəndaşlarını və sərhədlərini qorumağa kömək göstərməkdir.
Portal yazır ki, bundan əvvəl isə Ermənistan prezidenti Vaqan Xaçaturyan “France2” telekanalına müsahibəsində ölkəsinə Rusiyanın əvəzində başqa hərbi tərəfdaş lazım olduğunu bildirib. Onun sözlərinə görə, Fransa bu sahədə Ermənistana yardım etməyə hazır olduğunu bəyan edən ilk ölkədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]
Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq
- 06.10.2026 [16:58]
Gürcüstanda yanacaq yenidən bahalaşıb
- 06.10.2026 [16:49]
İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]