Fransa Futbol Federasiyası Mbappe və Neymarın cəzalandırılması ilə bağlı qərar qəbul edəcək
Bakı, 30 aprel, AZƏRTAC
Fransa Futbol Federasiyasının İntizam Komitəsi mayın 2-də “Paris Sen-Jermen”in (PSJ) hücumçuları Kilian Mbappe və Neymara veriləcək cəza ilə bağlı qərar qəbul edəcək.
AZƏRTAC “Sport.ua”ya istinadla xəbər verir ki, fransalı hücumçu 3-4 matç, braziliyalı futbolçu isə 3-8 oyunluq cəzalandırıla bilərlər.
Xatırladaq ki, Mbappe Fransa kubokunun finalında “Renn” ilə qarşılaşma zamanı müdafiəçi Damien Da Silvaya qarşı kobud oynayıb. Eyni matçda Neymar Paris futbolçularına qarşı təhqirlərə cavab olaraq azarkeşi vurub. Braziliyalı futbolçunun işi ilə bağlı qərar 10 gün təxirə salına bilər. Elə olarsa o, çempionatda “Nitsa” komandasına qarşı oyunda iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]