Fransa ilə matçda Mərakeş yığmasını 55 mindən çox azarkeş dəstəkləyəcək
Bakı, 14 dekabr, AZƏRTAC
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının yarımfinal mərhələsində Fransa ilə oyunda Mərakeşi 55 mindən artıq azarkeş dəstəkləyəcək.
AZƏRTAC xəbər verir ki, matçın oynanılacağı “Əl Beyt” stadionu 69 min azarkeş tutumuna malikdir. Mərakeşli azarkeşlərin əksəriyyəti diaspor nümayəndələri, böyük hissəsi isə komandalarını dəstəkləmək üçün ölkələrindən gələn futbolsevərlər olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, dekabrın 13-də keçirilmiş ilk yarımfinal oyununda Argentina millisi Xorvatiyanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Dekabrın 18-də keçiriləcək final matçında Argentina millisi Fransa-Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]