Fransa jurnalları Azərbaycanın turistik imkanlarından yazıb
Paris, 21 dekabr, AZƏRTAC
Fransanın “Grands reportages” jurnalında və “La Croix” qəzetində Azərbaycanın turistik imkanları ilə bağlı məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalələrdə paytaxt Bakının tarixi və mədəni irs abidələri, palçıq vulkanından danışılıb.
Quba rayonu, Bazardüzü yüksəkliyi, Qırız və Xınalıq kəndləri, Laza istirahət zonası ilə bağlı ətraflı məlumat verilib.
Ölkəmiz ərazisində yerləşən kilsələr, xüsusilə də Alban kilsəsi haqqında yazılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris