Fransa koronavirusa görə bələdiyyə seçkilərini təxirə salmayacaq
Paris, 13 mart, AZƏRTAC
Fransada COVID-19 koronavirusu ilə bağlı körpələr evi, uşaq bağçaları, məktəblər, liseylər, kolleclər və universitetlər birinci gündən etibarən yeni qərara qədər fəaliyyətini dayandıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciəti zamanı bildirib.
Fransa Prezidenti xalqı koronavirusun yayılmasına qarşı birgə mübarizə aparmağa səsləyib. Bəzi gigiyenik qaydaları xatırladıb və onlara riayəti tövsiyə edib.
E. Makron 70-dən yuxarı yaşı, eləcə də xroniki və tənəffüs yolları xəstəliyi olan insanları evdən çıxmamağa çağırıb. Ancaq martın 15-də olacaq bələdiyyə seçkilərində səs vermək üçün seçki məntəqələrinə getməyə heç bir mane olmadığını da bildirib.
O, ictimai nəqliyyatın xidmət göstərəcəyini qeyd edərək zərurət yaranarsa sərhədlərin bağlanacağını da diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]