Fransa Prezidenti: Qarşıdakı illərdə yeni sanitar böhranlar qaçılmaz olacaq
Paris, 17 iyun, AZƏRTAC
Fransa dövləti virusa qarşı daha səmərəli mübarizə aparmaq və peyvənd tapmaq məqsədilə layihə həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron farmaseptik müəssisənin açılışı zamanı bildirib.
Prezident deyib ki, COVID-19 epidemiyası zamanı bəzi ümumi dərmanların Fransada və Avropada istehsal edilmədiyi məlum oldu. O, bəzi tibbi məhsulların və dərmanların yenidən Fransada istehsalının vacibliyinə toxunaraq, məsələn, parasetamolun Fransada istehsalı, qablaşdırılması və distribusiyasının mümkünlüyünü qeyd edib.
Emmanuel Makron qarşıdan gələn illərdə yeni sanitar böhranların qaçılmaz olduğunu da deyib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris