Fransa Senatı əhalinin etirazlarına baxmayaraq pensiya islahatını təsdiqləyib
Bakı, 12 mart, AZƏRTAC
Fransa Senatı şənbə günü hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.
AZƏRTAC “TASS”a istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Elizabet Born özünün tviter səhifəsində yazıb.
"Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatının mətnini qəbul etdi. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlar üçün həlledici mərhələ. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq", - deyə baş nazir bildirib.
Məlumata əsasən, sənədin lehinə 195 senator, əleyhinə isə 112 senator səs verib.
Yeni islahata əsasən pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [16:50]