DÜNYA
Fransada bələdiyyə seçkilərinin 2-ci turu iyunun 28-də keçiriləcək
Paris, 23 may, AZƏRTAC
Fransada bələdiyyə seçkilərinin 2-ci turu iyunun 28-də keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu haqda Baş nazir Eduard Filip merlər və siyasi partiyaların rəhbərləri ilə məsləhətləşdikdən sonra məlumat verib.
Bələdiyyə seçkilərinin birinci turundan 3 ay sonra 16,5 milyon seçici seçkilərin 2-ci turunda səs verməyə çağırılıb. Birinci turda mer seçilməyən 5 min kommunada seçkilər keçiriləcək.
Bununla belə, bələdiyyə seçkilərinin 2-ci turunun keçirilməsi ilə bağlı siyasi görüşlərindən asılı olmayaraq ziddiyyətli vəziyyət yaranıb. COVID-19 epidemiyasının kəskinləşdiyi təqdirdə bu qərara yenidən baxılacağı bildirilib.
E.Filip iki həftədən sonra yenidən sanitar vəziyyətin nəzərdən keçiriləcəyini qeyd edib.
Beləliklə 1-ci turda 55 faiz seçicinin iştirak etmədiyi seçkilərin 2-ci turunun seçki kampaniyasına start verilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris