FRANSADA DONVURMADAN İKİ HƏRBÇİ HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri Parisdən xəbər verir ki, Alp-de-Ot-Provens əyalətindəki Barselonet dağında hərbi təlim məşqlərində iştirak edən Fransanın Cen-Sir hərbi məktəbinin 20-23 yaşlı zabit-kursantlarından ikisi donvurma nəticəsində həlak olmuşdur. Gecəni qarın altında qazma kimi istifadə etdikləri sığınacaqda keçirən gənc kursantlar sübh tezdən oyanarkən Fransa ordusunda qulluq edən 2 afrikalı əsgəri donmuş vəziyyətdə tapmışlar. 90 nəfərdən ibarət dəstədə donvurmadan müxtəlif dərəcədə bədən xəsarəti almış daha 7 hərbçi dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılmış və onlara ilkin tibbi yardım göstərilmişdir. İki qadın kursantın vəziyyəti isə ağırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]