Fransada idarədən bir milyon avroluq xərçəng dərmanı oğurlanıb
Paris, 22 aprel, AZƏRTAC
Fransanın Nanterr şəhərində Sağlamlıq avadanlıqları və məhsulları üzrə Baş İdarəsinin (AGEPS) binasından bir milyon avro dəyərində xərçəng dərmanı oğurlanıb.
AZƏRTAC xəbər verir ki, istintaqın ilkin nəticələrinə görə, bir və ya bir neçə oğru bazar günü gecə saat 03:00-dan 4:00-a kimi içəri daxil olub, içərisində dərman olan qutuları oğurlayıb, digər qutuları isə çıxararaq yararsız hala salıblar.
Mühafizə işçisi köynək və əlcək geyinmiş şəxslə rastlaşsa da, onun qarşısını ala bilməyib və polisə xəbər verib. Bina videomüşahidə ilə təchiz olunub. Öz növbəsində, Fransa səhiyyə qurumu Dövlət Yardımı-Paris Xəstəxanası da idarədə şübhəli oğurluq olduğunu təsdiqləyib. İstintaq davam etdiyi üçün əlavə məlumat verilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]