FRANSADA İKİ ALPİNİST HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bazar günü Alp dağlarında iki alpinistin meyiti tapılmışdır. Monblan dağının ən yüksək zirvəsini fəth etməyi qərara almış 32 yaşlı britaniyalı alpinist 2400 metr hündürlükdən uçuruma yuvarlanaraq həlak olmuşdur.
Ot-Alp dağında isə fransız alpinistinin meyiti aşkar edilmişdir. 50 yaşlı qadın cığırla yuxarı qalxarkən müvazinətini saxlaya bilməyərək dərəyə düşmüş və aldığı zərbədən ölmüşdür.
Xilasedicilər bir həftə bundan əvvəl Monblan dağında yoxa çıxmış bolqar alpinistinin də axtarışına cəhd göstərmişlər. Lakin pis hava şəraiti buna imkan verməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]