Fransada yanğın zamanı 900 ton litium batareyası yanıb
Bakı, 19 fevral, AZƏRTAC
Bazar günü Fransanın cənubundakı akkumulyatorların təkrar emalı zavodunda baş vermiş yanğın nəticəsində təxminən 900 ton litium batareyası yanıb. Bu, ekoloji fəlakətlə nəticələnə bilər.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, yanğın Tuluzanın şimalındakı Viviez şəhərindəki akkumulyatorların təkrar emalı qrupuna aid olan SNAM şirkətinə məxsus anbarda baş verib.
Litium batareyaları telefonlardan tutmuş elektrik avtomobillərinə qədər bütün elektronika cihazlarında xüsusi əhəmiyyət kəsb edir. Onlar tərkibindəki enerji ilə birlikdə istiyə məruz qaldıqları təqdirdə alovlanmaya qarşı həssas və tez alışan materiallardan ibarətdir. Litium batareyalarının yanması nəticəsində yarana biləcək zəhərli maddələr də potensial təhlükə mənbəyidir.
2023-cü ilin yanvarında Normandiyada avtomobil komponentləri və minlərlə litium batareyalarının saxlanıldığı anbarda böyük yanğın baş vermişdi və alovlar heç bir tələfat olmadan nəzarət altına alınmışdı. Yanğınsöndürənlər bildiriblər ki, son yanğın nəticəsində havanın çirklənməsinə dair heç bir əlamət yoxdur. Lakin ekoloqlar bəyan ediblər ki, texnogen qəza zamanı zavodda dumanla yayılacaq kadmium emissiyası baş verə bilər.
“Le Monde” qəzeti yanğını nəzarət altına almaq üçün əraziyə 70-ə qədər xilasedicinin cəlb edildiyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]