Fransadakı vətəndaşlarımız Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzində səs verirlər
Paris, 11 aprel, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yerli vaxtla saat 8:00-da prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.
AZƏRTAC xəbər verir ki, səfirliyin konsulluq xidmətində qeydə alınmış və bu ölkədə ezamiyyətdə olan Azərbaycan vətəndaşları səs verirlər.
Vətəndaşlarımızın azad və şəffaf səs vermələrinin təmin edilməsi məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada zəruri tədbirlər görülüb.
Səsvermə Paris vaxtı ilə saat 19-da başa çatacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris