Fransanın dəniz piyadaları Seneqalı tərk etməyə başlayıb
Bakı, 6 mart, AZƏRTAC
Fransa Silahlı Qüvvələri dəniz piyadalarını Seneqaldan çıxarmağa başlayıb.
AZƏRTAC Seneweb portalına istinadla xəbər verir ki, dəniz piyadalarının ölkədən çıxarılması prosesi iyunun sonundan gec olmayaraq başa çatacaq. Beləliklə, Fransanın Seneqaldakı hərbi kontingentinin sayı 500 əsgərdən 260-a enəcək.
Nəşrin məlumatına görə, Seneqalda qalan fransalı hərbçilər yerli əsgərlərin təlimi ilə məşğul olacaqlar.
2022-ci ildə Fransa prezidenti Emmanuel Makron Qərbi Afrikanın Sahel regionunda on il əvvəl başladılan “Barxan” əməliyyatının başa çatdığını elan edib. O, eyni zamanda, Fransanın hərbi mövcudluğunu saxlamaqla, bölgədəki hərbi hissələrdə islahatların başlayacağını bildirib.
Xatırladaq ki, Mali və Niger hakimiyyətinin tələbi ilə həmin ölkələrin ərazisində yerləşən fransız qoşunları tamamilə çıxarılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]