FRANSANIN PREZİDENTİ İSTİRAHƏTƏ GEDƏCƏK
Yelisey sarayının mətbuat xidməti bu barədə məlumat yaymışdır. Məlumatda bildirilir ki, ölkənin Prezidenti istirahətini xanımı Bernadetin müşayiəti ilə avqust ayının birinci yarısınadək keçirmək fikrindədir.
İstirahət zamanı Jak Şirak İkinci Dünya müharibəsində ikinci cəbhənin açılmasının 60 illiyi münasibətilə avqustun 15-də Tulon şəhərində keçiriləcək tədbirlərdə iştirak etməzdən bir gün əvvəl Tarbda Roma papası 2-ci İoan Pavellə görüşəcəkdir.
Dövlət başçısı Madaqaskarın paytaxtı Antanaparivada həmkarı Mark Ravalumamana ilə görüşməyi də planlaşdırmışdır. Hər iki prezident Madaqaskarın paytaxtının su təchizatının yaxşılaşdırılması ilə bağlı layihənin təqdimat mərasimində iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]