Fransanın Şimal departamentində koronavirusun Britaniya ştammı sürətlə yayılır
Dünkerq, 11 fevral, AZƏRTAC
Fransanın Şimal departamentində koronavirusun yeni Britaniya ştammının (B.1.1.7) sürətlə yayılması sanitariya sahəsində narahatlığa səbəb olub.
AZƏRTAC xəbər verir ki, ölkənin Şimal departamentinin Dunkerq kommunasında koronavirusun Britaniya ştammının sürətlə yayılması ilə bağlı sakinlərə xəbərdarlıq edilib. Gələn həftədən virusun koronavirusun bu növünün müəyyən edilməsi ilə bağlı geniş test kampaniyasının təşkil ediləcəyi bildirilib.
“Kollektiv səylərimizə baxmayaraq, aqlomerasiyamızda vəziyyət narahatedicidir. Virus sürətlə yayılır”, - deyə Facebook səhifəsində Dünkerqin meri vəziyyətin ciddi olduğunu bildirib.
Xəstəxanalarda, xüsusilə də reanimasiya şöbələrində vəziyyətin daha da ciddiləşdiyi, çarpayı çatışmazlığı ilə üzləşildiyi bildirilərək, xəstələrin ətraf departamentlərə transfer edilməsinin qaçılmaz olduğu göstərilir. Bir neçə qrup yoluxması olduğu qeyd edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Dünkerq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]