FRANSIZ YAZIÇISI ÜMMÜL BANU ƏSƏDULLAYEVANIN (BƏNİN) 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONSERT
Azərbaycan-Fransa Dostluq Cəmiyyəti, Bakıdakı Fransa Mədəniyyət Mərkəzi və Baki Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycan və Fransa bəstəkarlarının əsərləri və xalq mahnıları səslənmişdir. Bakı Musiqi Akademiyasının müəllim və tələbələri fransız bəstəkarları Şarl Quno, Jorj Bize, Klod Debüssi, Fredrik Şopen, Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov, Faiq Sücəddinov və başqalarının əsərlərini ifa etmişlər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Natəvan İsmaylova (soprano), Günel Vəliyeva (soprano), Kristina Abdullayeva (soprano), Olesya Baykulova (skripka), Dilarə Kərimova (fortepiano) və başqalarının çıxışları hərarətlə qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [20:03]
Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]