İDMAN
Futbol məşqçilərinin son reytinq siyahısı açıqlanıb
Bakı, 29 dekabr, AZƏRTAC
Futbol məşqçilərinin 2016-cı il üçün yekun reytinq siyahısı açıqlanıb.
AZƏRTAC www.clubworldranking.com saytına istinadla xəbər verir ki, cari ilin son siyahısında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov və “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk da yer alıblar.
Hesabında 1361 xal olan Q.Qurbanov siyahıda 458-ci, 852 xala malik R.Qriqorçuk isə 642-ci yerdədir.
Reytinq siyahısında ilk üç yeri İspaniya klublarının baş məşqçiləri tutub. Belə ki, “Barselona” klubunun məşqçisi Luis Enrike siyahıya başçılıq edir. Onun aktivində 16423 xal var. “Real Madrid”in çalışdırıcısı Zinəddin Zidan 16079 xalla ikinci, “Atletiko Madrid”in məşqçisi Dieqo Simeone isə 13560 xalla üçüncüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]
Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
- 03.05.2024 [15:07]
Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb
- 03.05.2024 [15:00]
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
- 03.05.2024 [13:57]