Futbol üzrə avrokubokların 2017/2018-ci il mövsümünün təqvimi müəyyənləşib
Bakı, 12 dekabr, AZƏRTAC
Futbol üzrə avrokubokların 2017/2018-ci il mövsümünün təqvimi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi avrokuboklarda təmsil edəcək ən güclü 4 klubumuz - Azərbaycan Premyer Liqasının 3 mükafatçısı və kubokun qalibi iyunun 19-da öz rəqiblərini tanıyacaq. Həmin gün İsveçrənin Nyon şəhərində Çempionlar və Avropa liqası yarışlarının ilk iki təsnifat mərhələsinin püşkü atılacaq.
Azərbaycan çempionu II, digər üç komandamız I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
Çempionlar Liqası yarışlarının ilk mərhələsinin oyunlarına gələn il iyunun 27-28-də start veriləcək. Avroliqa isə iyunun 29-da başlayacaq.
Avropa Liqasının finalı mayın 16-da Fransanın Lion şəhərində, Çempionlar Liqasının həlledici oyunu mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]