Futbol üzrə İtaliya kuboku: “Roma” böyük hesabla məğlub olaraq mübarizəni dayandırıb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da futbol üzrə İtaliya kubokunun dörddəbir final mərhələsinin növbəti görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Artemio Franchi” stadionunda baş tutan görüşdə “Fiorentino” klubu “Roma” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Florensiyalıların həyətində Federiko Cieza (7, 18, 74), Luis Muriel (33), Marko Benassi (66) və Covani Simeone (79, 89) fərqləniblər. “Roma”ın təsəlli qolunu isə Aleksandr Kolarov (28) vurub.
İtaliya Futbol Federasiyasının reqlamentinə əsasən, kubok uğrunda yarışın pley-off mərhələsində komandalar bir dəfə qarşılaşırlar. Buna görə də “Fiorentina” yarımfinal mərhələsinə vəsiqə qazanıb. “Fiorentina” yarımfinalda “Atalanta” - “Yuventus” oyunun qalibi ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]