Futbol üzrə Türkiyə kuboku uğrunda turnirin dörddəbir final mərhələsinin püşkü atılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da futbol üzrə Türkiyə kuboku uğrunda turnirin dörddəbir final mərhələsinin püşkü atılıb.
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, püşkün nəticəsinə görə, dörddəbir finalda “Akhisar Bələdiyyəspor” - “Kasımpaşa”, “Hatayspor” - “Qalatasaray”, “Yeni Malatyaspor” - “Göztəpə”, “Trabzonspor” - “Ümraniyəspor” görüşləri keçiriləcək.
“Akhisar Bələdiyyəspor” - “Kasımpaşa” matçının qalibi finala vəsiqə uğrunda “Trabzonspor” - “Ümraniyəspor” qarşılaşmasında üstün olan tərəflə görüşəcək. Digər yarımfinal oyununda isə “Hatayspor” - “Qalatasaray” və “Yeni Malatyaspor” - “Göztəpə” matçlarının qalibləri qarşılaşacaqlar.
Dörddəbir final mərhələsinin ilk görüşləri fevralın 5-də, 6-da və 7-də, cavab qarşılaşmaları isə 26-da, 27-də və 28-də oynanılacaq. Yarımfinal mərhələsinin ilk oyunları isə aprelin 2-3-də və ya 4-də, cavab görüşləri 23-24-də və ya 25-də keçiriləcək. Türkiyə kuboku uğrunda turnirin final görüşü mayın 16-da olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]