Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi seçmə mərhələdəki nəticələrə görə hesabat verəcək
Bakı, 16 aprel, AZƏRTAC
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov Avropa çempionatının əsas seçmə mərhələsindəki uğursuz nəticələrə görə hesabat verəcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov deyib.
Onun sözlərinə görə, yığmanın qarşısına qoyulan vəzifə yerinə yetirilməyib: “Qrupda keçirdiyimiz 6 oyunda 2 heç-heçə əldə etdik. Bizim üçün uğursuz oldu. Təbii ki, federasiya rəhbərliyi bu nəticələrdən razı qala bilməz. Millinin matçı dünən başa çatıb. Yəqin ki, yaxın günlərdə qurumun İcraiyyə Komitəsinin iclası olacaq. Buraya baş məşqçi Vitali Borisov və köməkçiləri də dəvət olunacaq, onların hesabatı dinləniləcək. Bundan sonra ən doğru qərar qəbul ediləcək. İndidən müqavilənin uzadılıb-uzadılmayacağı barədə nəsə demək düzgün olmaz. Hesabat AFFA-nın İcraiyyə Komitəsinə göndəriləcək”.
Qeyd edək ki, Avropa çempionatının əsas seçmə mərhələsinin V qrupunda yer alan Azərbaycan millisi 2 xalla sonuncu – dördüncü pilləni tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]