Futzal üzrə Azərbaycan millisinin dörd üzvü karantinə alınıb
Bakı, 28 yanvar, AZƏRTAC
Avropa çempionatının final mərhələsi çərçivəsində yanvarın 29-da Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq Azərbaycan millisinin dörd üzvü karantinə alınıb.
AZƏRTAC xəbər verir ki, bu gün rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi dörd futzalçımızda pozitiv çıxıb. Buna görə də futzalçılardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov komandanın qaldığı oteldə karantinə alınıb və oyunöncəsi məşqdə iştirak etməyiblər. Onlardan götürülən PCR testinin nəticələri yanvarın 29-da günün birinci yarısında açıqlanacaq. UEFA bugünkü məşqi həkimlərlə təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]