Futzal üzrə Türkmənistan millisi Bakıda təlim-məşq toplanışını davam etdirir
Bakı, 27 dekabr, AZƏRTAC
Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Türkmənistan millisi dekabrın 27-də beşinci yoxlama oyununu keçirib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, Türkmənistan yığması Futbol Akademiyasında Azərbaycan Yüksək Liqasında çıxış edən klubların yığması ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə türkmənistanlı futzalçılar 3:0 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, Türkmənistan millisi daha əvvəl “Araz” komandasına 3:4 hesabı ilə məğlub olub, “Neftçi” ilə heç-heçə (5:5) edib, “Yasamal”a (8:3) və “Xəmsə”yə (8:6) qalib gəlib.