Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi FOTO
Bakı, 26 yanvar, AZƏRTAC
Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi Quruçay ilə Köndələnçayın arasında, dağətəyi ərazidə yerləşir.
Kənd Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 21-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Aşağı Seyidəhmədli kəndinin görüntülərini təqdim edir.