Füzuli rayonunun Əhmədalılar kəndinə təbii qaz verilmişdir
Füzuli, 19 dekabr (AZƏRTAC). Füzuli rayonunun Əhmədalılar kəndinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə keçirilən toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və Milli Məclis sədrinin müavini Bahar Muradova sakinləri qaz çəkilişi münasibətilə təbrik etmiş, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, görülmüş işlərdən danışmışlar.
Bildirilmişdir ki, Əhmədalılar kəndinin qazlaşdırılması üçün 2 min 930 metr 125 millimetrlik, 8 min 500 metr 63 millimetrlik, 4 min 500 metr 32 millimetrlik qaz xətləri çəkilmişdir. 350 abonentə sayğac və qaztənzimləyicilər quraşdırılmışdır.
Məlumat verilmişdir ki, indiyədək Horadiz şəhəri, Mollaməhərrəmli, Arayatlı, Babı, Kərimbəyli, Şükürbəyli, Böyük Bəhmənli kəndləri qazlaşdırılmışdır. Rayonda 3350 abonent mavi yanacaqdan istifadə edir. Hazırda Qazaxlar, Mirzənağılı və Alxanlı kəndlərində qaz çəkilişi davam edir.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.
Təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]