Füzuli sakini: Doğma yurdumda yeni həyata başlayacağım üçün həyəcanlıyam
Bakı, 10 oktyabr, AZƏRTAC
Otuz ildən sonra doğma torpaqlarımıza qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur.
Bunu AZƏRTAC-a açıqlamasında Füzuli sakini Zərnigar Əliyeva oktyabrın 10-da Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yolasalma mərasimi zamanı deyib.
Doğma Füzuliyə qayıtmasından çox məmnun olduğunu diqqətə çatdıran Z.Əliyeva ailəsinin şəhid verdiyini və buna görə bir az da kədərli olduğunu deyib.
“Tanrı dövlətimizi, Ordumuzu qorusun, bütün şəhidlərimizə rəhmət eləsin. Allah xalqımıza bir daha ağır günlər yaşatmasın”, - deyə Füzuli sakini vurğulayıb.
Zərnigar Əliyeva doğma yurdunda yeni həyata başlayacağı üçün həyəcanlı olduğunu da dilə gətirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:16]
Heyvanların identifikasiyası nə üçün vacibdir?
- 11.06.2026 [16:05]
Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub
- 11.06.2026 [15:19]