Füzulili məktəbli: Atamın, nənəmin doğma yurduna böyük sevinclə köçürəm
Bakı, 12 oktyabr, AZƏRTAC
Füzuliyə qayıdışımız reallaşdığı üçün oraya köçən hər kəsi təbrik edirəm. Mən Füzulini görməsəm də, atamın, nənəmin doğma yurduna böyük sevinclə köçürəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Füzuli rayonuna köçən azyaşlı Zülfiyyə Orucova söyləyib.
Bakıdakı müəllimlərindən, dostlarından ayrıldığı üçün bir az təəssüfləndiyini deyən Z.Orucova Füzuliyə getdiyi üçün çox xoşbəxt olduğunu da gizlətməyib.