GƏLƏCƏK AİLƏ HƏYATI HAQQINDA TOYQABAĞI MÜHAZİRƏLƏR BOŞANMALARIN SAYINI AZALDIR
Miçiqan ştatı Universitetinin alimləri 3,3 min nəfər arasında keçirdikləri sorğu nəticəsində müəyyən etmişlər ki, belə mühazirələrdə iştirak boşanmaları 31 faiz azaldır. Kursda nikahdan zövq almaq, mübahisələri necə həll etmək və ər-arvad arasında etibarı möhkəndirmək yolları göstərilir.
Yeri gəlmişkən, alimlərin fikrincə, ər-arvadın gələcək həyatını nikah bağlanması və toy mərasiminin nə gədər uğurlu keçməsi müəyyən edir.
Mühazirələrdə yalnız cavan ər-arvad arasında deyil, həm də qohum olan iki ailə arasında, təzəbəy və gəlinin valideynləri arasında münasibətlərin qurulmasına da diqqət yetirilir. Mütəxəssislərin dediyinə görə, çox vaxt həyat yoldaşının valideynləri ilə münasibətlərin korlanması cavan ailənin dağılmasına gətirib çıxarır.