Gələn il Bakıda idman dırmanması üzrə beynəlxalq yarış keçirilə bilər
Bakı, 3 noyabr, AZƏRTAC
Bakıda idman dırmanması üzrə beynəlxalq yarış keçirilə bilər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Alpinizm Federasiyasının baş katibi Sənan Rəsulov məlumat verib.
Onun sözlərinə görə, yarışın təşkili 2026-cı ildə nəzərdə tutulur: “İdman dırmanmasının inkişafı üçün əlimizdən gələni edirik. Bu, yeni yaranan idman növlərindən biridir. Qısa zaman ərzində güclü idmançıları üzə çıxarmağı bacarmışıq. Bildiyiniz kimi, idman dırmanması Olimpiya İdman növü olduğu üçün daha məsuliyyətli və çox iş görməyi nəzərdə tuturuq. Ən böyük hədəfimiz Olimpiadada iştirak etməkdir. İdman dırmanmasının inkişafı üçün daimi olaraq əcnəbi mütəxəssislərlə işləyirik. Onlarla tez-tez əlaqə saxlayırıq. Hətta 2026-cı ildə Bakıda idman dırmanması üzrə beynəlxalq yarış təşkil etmək istəyirik”.
Baş katib bildirib ki, Bakı ilə yanaşı, bəzi bölgələrdə də dırmanma mərkəzləri fəaliyyət göstərir: “Bu idman növünə maraq göstərənlər üçün yaxşı şərait qurulub. Demək olar ki, bütün bölgələrdə idman dırmanması ilə məşğul olanlar var. Son çempionatda da bunun şahidi olduq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]