“Gələrsən, görərsən” layihəsinin ilk buraxılışı Qəbələyə həsr olunub
Bakı, 30 iyul (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə çəkilişləri aparılan və İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) efirində yayımlanması nəzərdə tutulan “Gələrsən, görərsən” adlı televiziya layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinin turizm imkanları işıqlandırılır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən layihənin ilk buraxılışı Qəbələyə həsr olunub və verilişi iyulun 31-də İTV-də yayımlanacaq.
Teleaparıcı Könül Arifqızı və müğənni Azad Şabanovun aparıcılıq etdiyi bu televiziya layihəsi Azərbaycanın bir-birindən gözəl bölgələri olan Qəbələ, Quba, Xaçmaz, Şəki, Lənkəran, Masallı və digər səfalı yerlərini paytaxt əhalisinə, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizə və xarici vətəndaşlara tanıdılması yolunda çox uğurlu bir addım olacağı düşünülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]