“Gələrsən, görərsən” layihəsinin növbəti buraxılışı
Bakı, 12 avqust (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə çəkilən və artıq ilk bölümü İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) efirində yayımlanmış “Gələrsən, görərsən” adlı televiziya layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinin turizm imkanları işıqlandırılmaqdadır.
AZƏRTAC xəbər verir ki, teleaparıcı Könül Arifqızı və müğənni Azad Şabanovun aparıcılıq etdikləri bu televiziya layihəsi Azərbaycanın bir-birindən gözəl bölgələri olan Qəbələ, Quba, Xaçmaz, Şəki, Lənkəran, Masallı və digər regionlarını paytaxt əhalisinə, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizə və xarici vətəndaşlara tanıdılması məqsədilə həyata keçirilir.
Sözügedən layihənin ikinci buraxılışı Şəki şəhərinə həsr olunacaq və veriliş avqustun 14-də saat 21:20-də İTV-nin efirində yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]